Kanadada yaşayan azərbaycanlılar Fransa konsulluğunun qarşısında etiraz aksiyası keçirmişlər
Bakı, 31 yanvar (AZƏRTAC). Kanada Azərbaycan Gəncləri Şəbəkəsinin üzvləri Fransa Senatında yanvarın 23-də qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanunun qəbul edilməsi ilə bağlı Toronto şəhərindəki Fransa konsulluğu qarşısında etiraz aksiyası keçirmişlər.
Əllərində Azərbaycan, Türkiyə və Kanada bayraqları, “Tarix tarixçilər üçündür”, “Fransada fikir azadlığına hə, senzuraya yox” və s. kimi şüarlar yazılmış plakatlar tutan nümayişçilər Senatın qəbul etdiyi bu qanunun söz və ifadə azadlığını kobud şəkildə pozduğunu bildirmişlər.
Aksiya zamanı, həmçinin Kanada Azərbaycan Gəncləri Şəbəkəsinin qanuna qarşı yaydığı bəyanatı oxunmuş və konsulluğa təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]