RƏSMİ XRONİKA
KANADANIN GENERAL-QUBERNATORU ZATİ-ALİLƏRİ XANIM MİŞEL JANA
Hörmətli xanım General-Qubernator,
Milli bayramınız - Kanada günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Kanada əlaqələrinin bütün səviyyələrdə genişlənməsi xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək, əməkdaşlığımızın inkişafı və dərinləşdirilməsi üçün yeni-yeni imkanlar açacaqdır.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyun 2009-cu il.