“Kapital Bank”ın istiqrazları abunə yazılışı üsulu ilə yerləşdiriləcək
Bakı, 27 avqust, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank” ASC-nin buraxılış həcmi 30 milyon dollar olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, istiqrazların sayı 300 min ədəd, ilkin ticarət qiyməti 100 dollar, buraxılış həcmi 30 milyon dollar, illik gəlirlilik faizi 7 faiz, tədavül müddəti 7 ildir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Avqustun 26-dan başlayaraq sentyabrın 24-dək 30 gün ərzində "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə sentyabrın 26-da keçiriləcək.
İstiqrazlar subordinasiya borc şəklində, 7 illik tədavül müddətilə buraxılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]