Kardinal Matteo Zuppi: Ukraynalı uşaqların ölkələrinə geri qayıtmaları üçün çalışmalıyıq
Vatikan, 6 iyul, AZƏRTAC
Ukraynalı uşaqların ölkələrinə geri qaytarılması üçün çalışmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu İtaliya Yepiskopları Konfransının prezidenti, Bolonya arxiyepiskopu kardinal Matteo Zuppi deyib.
Müqəddəs Taxt-Tacın Ukraynada sülh missiyasının rəhbəri kimi ötən müddətdə Kiyev və Moskvada müxtəlif görüşlər keçirdiyini bildirən Matteo Zuppi qeyd edib: “Humanitar missiyanın nəticələri barədə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskə məlumat vermişəm. Hazırda prioritet məsələ ukraynalı uşaqlar da daxil olmaqla, ən əlverişsiz şəraitdəki insanların gələcək taleyi üçün birgə işləmək və lazımi mexanizmi işə salıb humanitar səylərə dəstək olmaqdır. Ümid edək ki, bu proses uşaqlardan və daha həssas insanlardan başlayacaq. Uşaqlar Ukraynaya qayıda bilməlidirlər. Bunun üçün də növbəti addım əvvəlcə uşaqlardan, sonra isə ən həssas insanlardan başlayaraq onları ölkələrinə geri qaytarmaqdır”.
Xatırladaq ki, Papa Fransisk mayın 20-dən kardinal Matteo Zuppiyə Ukraynada sülh missiyasına rəhbərlik etməyi tapşırıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]