Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı İstanbulda Kimya konqresində məruzə edib
Bakı, 17 iyul, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Əzimova Türkiyənin İstanbul Texniki Universiteti, Süleyman Dəmirəl adına Mədəniyyət Mərkəzində keçirilmiş XIX Asiya Kimya Konqresində iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə G.Əzimova Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Horizon-2020” proqramı çərçivəsində Belçika, Almaniya, Niderland, İngiltərə, Fransa və Norveçin 9 elmi-tədqiqat mərkəzi və universiteti ilə birgə yerinə yetirdiyi layihə üzrə müvafiq mövzuda məruzə ilə çıxış edib.
Konqres müddətində bir sıra aparıcı universitetlərin nümayəndələri ilə elmi əlaqələrin qurulması və birgə layihələrin işlənilməsi istiqamətində müzakirələr aparılıb.