Kaya Kallas Avropa ordusunun yaradılması ideyasına skeptik yanaşır
Bakı, 1 aprel, AZƏRTAC
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İspaniya hakimiyyətinin təklif etdiyi Avropa ordusunun qurulması ideyasına skeptik yanaşdığını bildirib.
AZƏRTAC xəbər verir ki, Kaya Kallas bunu “El Mundo” qəzetinə müsahibəsində deyib.
“Həm NATO-da, həm də Avropada fəaliyyət göstərəcək iki ordu yarada bilməzsiniz. Bu, çox təhlükəli olardı. Çünki hərbi böhran zamanı kimin kimə əmr verəcəyi vacib məsələdir”, - deyə diplomat vurğulayıb.
Ukraynadakı müharibə barədə danışan Kaya Kallas istənilən sülh prosesinin Avropanın təhlükəsizliyinə də təsir edəcəyini vurğulayıb. O, həmçinin Moskvaya təzyiq göstərmək üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etməyib.
Xatırladaq ki, bir müddət öncə İspaniyanın Baş naziri Pedro Sançes regionda sülhün təmin olunması üçün Avropa ordusunun yaradlmasına çağırmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]