REGİONLAR
Kəlbəcərin qış nağılı - FOTOREPORTAJ
Kəlbəcər, 16 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın dilbər guşələrindən olan Kəlbəcər rayonu əsrarəngiz gözəlliyə, zəngin təbii sərvətlərə malikdir. Kəlbəcər sanki bir təbiət möcüzəsidir. Bu möcüzəni, təbiət gözəlliklərini nə sözlər, nə rəssam fırçası, nə şair qələmi ifadə edə bilər.
Kəlbəcərdə qış fəsli özünəməxsus təbiət mənzərələri ilə diqqəti çəkir. Qar və buzun təbiətin digər komponentləri ilə vəhdəti əsl nağıla bənzəyən gözəlliklərə səbəb olur. Dağları, qayaları, ağacları naxışlarla bəzəyən ağ libas, qarın və şaxtanın yaratdığı tablolar insanı valeh edir.
AZƏRTAC fotoqraf Hikmət Əsgərovun Kəlbəcər rayonunda çəkdiyi fotoları təqdim edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub
- 07.05.2024 [14:26]
Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır
- 07.05.2024 [14:19]