“Kəpəz” klubu “Xəzər-Lənkəran”ın qapısından üç cavabsız top keçirib
Bakı, 7 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, “Xəzər-Lənkəran” doğma azarkeşlər önündə “Kəpəz”lə üz-üzə gəlib. Bu matç Gəncə təmsilçisinin ikinci pillənin sahibi “Zirə”yə yaxınlaşmaq baxımından əhəmiyyət kəsb edib. Komandalar ölkə çempionatlarında 15 dəfə qarşılaşıb. Bunların 10-da “Xəzər-Lənkəran”, 4-də isə “Kəpəz” qalib gəlib və 1 oyunda heç heçə qeydə alınıb. “Kəpəz” cənub səfərindən Gəncəyə 3:0 hesablı qələbə ilə yollanıb.
“Kəpəz”in ilk qolu 42-ci dəqiqədə Kərim Diniyevdən gəlib. Ardından Julyen Ebah 49-cu dəqiqədə fərqi ikiyə çatdırıb. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə Orxan Əliyev qoyub.
Beləliklə, qələbə sayəsində xalını 55-ə çatdıran “Kəpəz” üçüncü pillədəki yerini möhkəmlədib. “Xəzər-Lənkəran” isə turnirin doqquzuncusu olmaqda davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]