“Kəpəz” qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb
Bakı, 7 yanvar, AZƏRTAC
Gəncənin “Kəpəz” futbol klubu qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan Antalyaya yola düşüb.
Yanvarın 19-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq Gəncə təmsilçisi orada 3 yoxlama matçı keçirəcək. “Kəpəz” yanvarın 14-də Macarıstanın “MTK Budapeşt”, 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın “Kaysar” komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda mövsümün ilk yarısını 12 xalla 9-cu pillədə bitirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]
Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub
- 07.08.2026 [10:26]
Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək
- 07.08.2026 [02:09]
"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb
- 06.08.2026 [23:00]