KİKBOKSİNQ ÜZRƏ AVROPA ÇEMPİONATI 2010-CU İLDƏ AZƏRBAYCANDA KEÇİRİLƏCƏKDİR
Bakı, 27 fevral (AZƏRTAC). Kikboksinqin WAKO versiyası üzrə növbəti Avropa çempionatı 2010-cu ildə Azərbaycanda keçiriləcəkdir.
Bu barədə Bakıda səfərdə olan Dünya Kikboksinq Federasiyasının prezidenti Enio Falsoni fevralın 27-də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə bildirmişdir.
E.Falsoni demişdir ki, qitə çempionatının ölkəmizdə keçirilməsi barədə Azərbaycan Kikboksinq Federasiyası ilə razılıq əldə olunmuşdur. Qonaq bununla bağlı Azərbaycan hökumətinin böyük dəstəyinə ümid etdiyini bildirmişdir.
Ç.Hüseynzadə Bakının son illər bir neçə mötəbər yarışa “ev sahibliyi” etdiyini xatırladaraq, qitə çempionatının ən yüksək səviyyədə təşkil olunması üçün əllərindən gələn köməyi əsirgəməyəcəklərini söyləmişdir.
Noyabrda keçirilməsi planlaşdırılan Avropa çempionatında 35 ölkənin təmsilçisinin iştirakı gözlənilir.
Sonda qonağa xatirə hədiyyəsi təqdim olunmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]