Kiprdən çıxan yardım gəmisi Qəzza sahillərinə çatıb
Bakı, 15 mart, AZƏRTAC
Aclıqdan əziyyət çəkən fələstinlilər üçün ilk dəniz yardımını daşıyan “Open Arms” gəmisi bu gün Qəzza sahillərinə çatıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, əsasən Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşdirilən və ABŞ-da yerləşən “World Central Kitchen” xeyriyyə təşkilatı tərəfindən təşkil edilən gəmi Fələstin eksklavına təxminən 200 ton ərzaq yardımı çatdırıb. İspaniyanın “Proactiva Open Arms” xeyriyyə təşkilatı da yardımda iştirak edib.
“Open Arms” gəmisi martın 12-də Kiprin Larnaka limanından Fələstinə doğru yola düşmüşdü. Yaxın günlərdə daha bir yardım gəmisinin Qəzza sahillərinə göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Uzun müddətdən bəri davam edən blokada və bombardman nəticəsində Qəzza zolağında dərin humanitar böhran yaşanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]