Kişi voleybolçuların Yüksək Liqasında XVII turun oyunları keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Kişi voleybolçuların Yüksək Liqasında XVII turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıtı təmsil edən “Gənclər” komandası “Azərreyl”lə, “Xilasedici” MOİK-lə, “Neftçi” isə “Murov Az Terminal”la üz-üzə gəlib.
Gərgin və maraqlı keçən görüşlərdə “Azərreyl” və “Xilasedici” 3:0, “Murov Az Terminal” isə 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turnir cədvəlinə 41 xalla “Azərreyl” başçılıq edir. Eyni xala malik “Murov Az Terminal” 2-ci pillədə qərarlaşıb. “Xilasedici” isə 39 xalla 3-cü yerdədir.