Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək
Kiyev, 22 aprel, AZƏRTAC
Aprelin 23-də Ukraynanın paytaxtı Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.
İclasda GUAM-ın əməkdaşlıq və tərəfdaşlıq etdiyi ölkələrlə, həmçinin beynəlxalq təşkilatlarla münasibətlərinin inkişafının daha da səmərəliliyi, GUAM ölkələrinin parlamentləri arasında əməkdaşlıq məsələləri də müzakirə ediləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev