Kiyevdə helikopter uşaq bağçasının ərazisinə düşüb, ölənlər var
Kiyev, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Kiyev vilayətinin Brovarı qəsəbəsində uşaq bağçasının ərazisində helikopter qəzaya uğrayıb. Nəticədə ərazidə yanğın baş verib, insanlar təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, Kiyev vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba bildirib ki, helikopter qəzaya uğrayan zaman bağçada uşaqlar olub, təxliyə artıq başa çatıb. Ölənlər var.
Hadisə yerində təcili yardım briqadaları, polis və yanğınsöndürənlər işləyir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev