Kiyevdə koronovirusla bağlı təxribat xarakterli məlumatlar yayan 24 nəfər məsuliyyətə cəlb olunub
Kiyev, 25 mart, AZƏRTAC
Kiyevdə koronovirusla bağlı yalan və təxribat xarakterli məlumatlar yaydığına görə 24 nəfər inzibati məsuliyyətə cəlb olunub. AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
Merin sözlərinə görə, hüquq-mühafizə orqanları, kibertəhlükəsizlik üzrə mütəxəssislərin birgə səyləri nəticəsində koronovirusla əlaqəli yalan və təxribat xarakterli məlumatların yayılmasına dair 170 fakt aşkarlanıb. Bu cür hadisələrə qarşı mübarizə daha da gücləndiriləcək.
Qeyd edək ki, Ukraynada artıq 113 insan koronavirusa yoluxub. Ukraynanın 13 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan isə 4 nəfər həyatını itirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]