Kiyevdə Ukrayna və Cənubi Koreya prezidentlərinin görüşü olub
Kiyev, 15 iyul, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevə gələn Cənubi Koreya Prezidenti Yun Sok Yol ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “Teleqram” kanalında bildirib.
“Bu gün Koreya Respublikasının Prezidenti Yun Sok Yol və birinci xanım Kim Keon Hi Ukraynadadır. Bu səfər zamanı münasibətlərimiz tarixində ilk dəfə biz insanların normal və təhlükəsiz həyatı üçün vacib olan hər şeyi müzakirə edirik”, - deyə Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, görüş zamanı tərəflər müharibə zamanı deportasiya edilmiş insanların geri qaytarılması, Ukraynanın təqdim etdiyi “Sülh formulu”nun reallaşması, Qlobal Sülh Sammitinə hazırlıq, ərzaq və enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Əminəm ki, biz birlikdə xalqlarımıza, Ukrayna və Koreya Respublikasının qlobal mövqelərinə daha çox güc verəcəyik”, - deyə Volodimir Zelenski əlavə edib.
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]