KLOD MONENİN ƏSƏRİ LONDONUN KƏSİF HAVASININ SİRRİNİ AÇMAĞA KÖMƏK ETDİ
Klod Mone Böyük Britaniyaya 1899-1901-ci illər arasında üç dəfə gəlmiş və 95 tablo yaratmışdır. Rəssam onların əksəriyyətinə tarix qoymamışdır, ona görə də sənətşünaslar bütün əsərlərin naturadan çəkildiyi və ya onların bir hissəsini rəssam sonralar Paris yaxınlığındakı studiyasında işləyərək, yaddaşına əsasən yaratdığı barədə yekdil rəydə deyildirlər.
Birminhem Universitetinin və ABŞ Hərbi Dəniz Rəsədxanasının mütəxəssisləri Mone parlament binalarının şəklini çəkdiyi dövrdə Günəşin vəziyyətini öyrənmiş və öz məlumatlarını rəsmlərdə təsvir olunmuş Günəşlə müqayisə etmişlər. Nəticədə tədqiqatçılar belə qənaətə gəlmişlər ki, bütün London mənzərələri 1900-cü il fevralın 13-ü ilə martın 23-ü arasında gündüz saatlarında naturadan çəkilmişdir.
Alimlər Monenin bu tabloları harada çəkdiyini də dəqiqləşdirmişlər. Rəssam Temza çayı sahilində, parlamentlə üzbəüzdə yerləşən müqəddəs Foma xəstəxanasının inzibati binasının ikinci mərtəbəsindəki qapalı eyvanda işləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]