KOBİA-da sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib
Bakı, 14 avqust, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qəbulda iştirak edən sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Qəbul zamanı qaldırılan məsələlərin araşdırılacağı və Agentliyin səlahiyyətləri çərçivəsində həlli istiqamətində müvafiq tədbirlər görüləcəyi vurğulanıb.
Qeyd edək ki, sahibkarlar KOBİA-nın internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentlik nümayəndələrinin qəbuluna yazıla bilərlər.