KOBİA-da sahibkarların müraciətləri dinlənilib
Bakı, 17 iyul, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri qəbulda iştirak edən sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, suallarını cavablandırıblar.
Qəbul zamanı Bakı və Naftalan şəhərlərində, Lerik və Tovuz rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılacağı və həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Qeyd edək ki, sahibkarlar KOBİA-nın www.smb.gov.az internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə KOBİA nümayəndələrinin qəbuluna yazıla bilərlər.