İQTİSADİYYAT
KOBİA İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə əməkdaşlıq edəcək
Bakı, 26 may, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə KOBİA və təşkilat arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib və əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində bu il Bakıda “Young Business Hub Azerbaijan Invesment” sammitinin keçirilməsinə dair agentlik və təşkilat arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]
AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb
- 07.05.2024 [12:45]