Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA-nın dəstək alətləri KOB-ların satış imkanlarını genişləndirir

Bakı, 21 aprel, AZƏRTAC

Keyfiyyətli məhsul uğurun əsas şərtlərindən biri olsa da, mikro və kiçik bizneslər satış kanallarına çıxış, müştəri tapmaq və bazarı düzgün analiz etmək kimi məsələlərdə bir çox hallarda çətinlik yaşayırlar. Məhz bu məqamda dövlət tərəfindən təqdim olunan dəstək mexanizmləri sahibkarlar üçün real imkana çevrilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarını genişləndirmək, məhsullarını daha geniş auditoriyaya təqdim etmək və bazar haqqında düzgün qərarlar qəbul etmələrinə kömək etmək məqsədilə bir sıra dəstək alətləri təqdim edir. Bu dəstəklər sahibkarlara həm ticarət şəbəkələrinə çıxış əldə etməyə, həm sərgi və yarmarkalarda iştiraka, həm də daxili bazarın peşəkar şəkildə araşdırılmasına imkan verir. Bu alətlər sahibkarların satış imkanlarını genişləndirir, bazar haqqında məlumatlılığını artırır və onların daha rəqabətqabiliyyətli fəaliyyət göstərməsinə şərait yaradır. Satışa dəstək alətləri barədə sualları KOBİA-nın Biznesə xidmətlər departamentinin Bazarlara çıxış üzrə xidmət şöbəsinin müdiri Rəşad Bayramov cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir.

- KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək üçün hansı mexanizmlər var?

- Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışında qarşılaşdıqları çətinlikləri nəzərə alaraq KOBİA bu istiqamətdə xüsusi dəstək mexanizmi təqdim edir. Müvafiq qaydalara əsasən agentlik iri ticarət şəbəkələrinin mağazalarında icarəyə yer götürərək vahid stendlər yaradır və sahibkarların məhsullarını bu satış nöqtələrində yerləşdirir. Məqsəd yerli istehsal məhsullarının tanıdılması və satış imkanlarının artırılmasıdır.

Bu mexanizm çərçivəsində sahibkara təqdim olunan satış sahəsinin ölçüsü 50 sm təşkil edir və məhsulların yerləşdirilməsi müddəti 3 ay nəzərdə tutulur. Zərurət olduqda bu müddət əlavə olaraq daha 3 ay uzadıla bilər, həmçinin satış sahəsi genişləndirilə bilər. Hazırda Bakı şəhəri üzrə 6 satış nöqtəsində belə stendlər yaradılıb. Sahibkarlar bu stendlərdə məhsullarını təqdim etmək üçün KOBİA-ya elektron qaydada müraciət edə bilərlər.

Qeyd edək ki, bu dəstək mexanizmi çərçivəsində indiyədək 140-dək KOB-un məhsullarının ticarət şəbəkələrində satışı təşkil olunub.

- Sərgi və yarmarkalarda iştirak sahibkarlara hansı imkanları yaradır?

- KOBİA mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışını genişləndirmək məqsədilə onların ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına dəstək göstərir. Bu dəstək ödənişsiz əsaslarla təqdim olunur və sahibkarlara məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək imkanı yaradır. Sərgilərdə iştirak edən KOB-lar yalnız məhsul və xidmətlərini nümayiş etdirmir, həmçinin yeni biznes əlaqələri qurur, potensial tərəfdaşlarla tanış olur və satış imkanlarını artırırlar. Bu mexanizmdən faydalanmaq üçün sahibkarın satışa hazır məhsulu və ya xidmətinin olması vacib şərtdir.

- KOB-ların satış imkanlarının genişləndirilməsində “KOB FEST” sərgi-satış yarmarkalarının rolu barədə məlumat verməyinizi xahiş edirik.

- KOB-ların satış imkanlarının genişləndirilməsində KOBİA tərəfindən təşkil olunan “KOB FEST” sərgi-satış yarmarkaları xüsusilə vurğulanmalıdır. 2022-ci ildən keçirilən “KOB FEST” KOB-ların məhsul və xidmətlərini geniş istehlakçı auditoriyasına təqdim etməsinə, satışlarını artırmasına və yeni əməkdaşlıqlar qurmasına şərait yaradır. Yarmarkalarda mikro və kiçik sahibkarlar, sənətkarlar və yaradıcı şəxslər iştirak edə bilər. İştirak ödənişsizdir, stend, təşkilati və digər xərclər dövlət dəstəyi hesabına qarşılanır. “KOB FEST”lər əsasən regionlarda təşkil olunaraq yerli sahibkarların bazarlara çıxışını genişləndirir, istehsalçıları və istehlakçıları vahid platformada bir araya gətirir. Eyni zamanda, tədbirlər çərçivəsində mədəni-əyləncəli proqramlar, master-klaslar və “B2B” görüşlər təşkil olunaraq sahibkarlar üçün əlavə imkanlar yaradılır. 2026-cı ildə də “KOB FEST”lərin keçirilməsi nəzərdə tutulur. Sahibkarlar sərgi və yarmarkalara, o cümlədən “KOB FEST” sərgi-satış yarmarkalarına çıxışa dəstək barədə KOBİA-nın saytından ətraflı məlumat əldə edə bilərlər.

Məlumat üçün qeyd edək ki, indiyədək ölkəmizdə və xaricdə keçirilmiş 82 sərgi və yarmarkada 2000-dək KOB-un iştirakı dəstəklənib.

- Daxili bazar araşdırmasına dəstək necə həyata keçirilir?

- Biznesin uğurlu inkişafı üçün bazarın mövcud vəziyyətinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə KOBİA sahibkarlara daxili bazar araşdırmasının aparılmasında maliyyə və informasiya dəstəyi göstərir. Daxili bazar araşdırması istehsal, logistika, marketinq, sertifikatlaşdırma və digər sahələr üzrə məlumatların toplanmasını təmin edərək sahibkara düzgün biznes qərarları qəbul etmək imkanı yaradır. Eyni zamanda, bu araşdırmalar sahibkarlara bazara çıxış imkanlarını qiymətləndirməyə və satış strategiyalarını daha effektiv formalaşdırmağa kömək edir.

Bu mexanizm çərçivəsində mikro sahibkarların müraciəti əsasında aparılan araşdırma xərclərinin 80 faizi, kiçik sahibkarların müraciəti ilə həyata keçirilən araşdırma xərclərinin isə 50 faizi dövlət tərəfindən qarşılanır. Dəstəyin maksimal məbləği 20 min manata qədərdir. Araşdırmalar həm sahibkarların fərdi müraciətləri, həm də Agentliyin təşəbbüsü əsasında həyata keçirilir.

İndiyədək sahibkarların müraciəti əsasında 28, KOBİA-nın təşəbbüsü ilə isə 42 olmaqla ümumilikdə 70 daxili bazar araşdırması aparılıb. Sahibkarlar bu mexanizm, eləcə də indiyədək agentliyin təşəbbüsü ilə aparılmış bazar araşdırmaları ilə KOBİA-nın www.smb.gov.az saytından tanış ola bilərlər.

Sahibkarları satış imkanlarını genişləndirmək, yeni bazarlara çıxış əldə etmək və bizneslərini daha rəqabətqabiliyyətli inkişaf etdirmək üçün KOBİA tərəfindən təqdim olunan satışa dəstək mexanizmlərindən aktiv yararlanmağa dəvət edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb