KOBİA-nın rəhbər heyəti bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb
Bakı, 25 mart, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər heyəti bir aylıq əmək haqlarını koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Bu barədə AZƏRTAC-a KOBİA-dan bildirilib.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər də könüllü ödəmələr edə bilər. Prezident İlham Əliyevin bu təşəbbüsünə qoşulmaq üçün agentliyə sahibkarlar tərəfindən xeyli sayda müraciətlər daxil olub. KOBİA-nın əməkdaşları sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fondunun bank rekvizitləri barədə məlumatlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]