Konqoda vulkan püskürməsi nəticəsində beş nəfər ölüb
Bakı, 23 may, AZƏRTAC
Konqo Demokratik Respublikasının şərqində Niraqonqo vulkanının püskürməsi nəticəsində azı beş nəfər həlak olub. Ölənlərin sayının artacağı istisna olunmur.
AZƏRTAC yerli Actualite informasiya portalına istinadla xəbər verir ki, bu barədə Şimali Kivu əyalətinin hərbi qubernatoru Konstan Ndima məlumat verib. Onun sözlərinə görə, əyalətin administrativ mərkəzi olan Qoma şəhərindən təxliyə zamanı baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər ölüb. Şəhərdə mağazaların qarət olunması, mərkəzi həbsxanadan məhbusların qaçış cəhdi qeydə alınıb. Bazar gününə keçən gecə şəhərdə atəş səsləri eşidilib.
Afrikada ən aktiv vulkanlardan biri - Niraqonqo şənbə günü axşam püskürməyə başlayıb. Qomanın şimal-şərq rayonlarında təxliyə elan olunub. Şəhərin yeddi minə yaxın sakini qonşu Ruandaya qaçıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]