Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır
Bakı, 1 aprel, AZƏRTAC
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin aprelin 1-də keçirilən iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olması yaş həddinin 70-dən 75-ə qaldırılması təklif edilir. Həmçinin Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]