“Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilir
Bakı, 25 aprel, AZƏRTAC
Bakıda İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda dövlət rəsmiləri, iş adamları, biznes strukturlarının rəhbərləri iştirak edirlər.
Tədbirdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığa dövlət tərəfindən yaradılan imkanlar və beynəlxalq ticarət ilə əlaqədar məsələlər müzakirə olunur. Çıxışçılar son illər ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafı, dünya bazarlarına çıxış, gələcək perspektivlər haqqında fikir mübadiləsi aparacaq.