Kopenhagendə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Stokholm, 20 oktyabr (AZƏRTAC). Kopenhagendə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.“Vətən” cəmiyyətinin təşkil etdiyi tədbir “Azərbaycan Evi”nin ofisində baş tutub.
Tədbir iştirakçıları əvvəlcə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirələrini bir dəqiqəlik sükutla anıblar.
“Vətən” cəmiyyətinin rəhbəri Səfər Sadiqi tədbirdə çıxış edərək, Azərbaycanın müstəqilliyinin təşəkkülünün əsas mərhələlərindən danışıb.
Cəmiyyətin İdarə heyətinin üzvü Zaur Qubadov ölkəmizin qazandığı uğurlar haqqında məlumat verərək vurğulayıb ki, güclü, müstəqil dövlət olan Azərbaycanın inkişaf etmiş iqtisadiyyatı, güclü hərbi sənayesi var.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]