KOREYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB Lİ MEN BAKA
Hörmətli cənab Prezident,
Koreya Respublikasının milli bayramı - Dövlətin yaranması günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün ölkələrimizi dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, bir sıra sahələri əhatə edən birgə işimizin müvəffəqiyyətlə davam etdirilməsi və hərtərəfli genişləndirilməsi yolunda bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 sentyabr 2009-cu il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:45]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK
- 14.10.2026 [19:08]
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub
- 14.10.2026 [19:04]
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib
- 14.10.2026 [19:02]