Koreya Xalq Demokratik Respublikasında irimiqyaslı hərbi parad keçirilib
Pekin, 10 oktyabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasında (KXDR) hakim Koreya Fəhlə Partiyasının (KFP) yaranmasının 75-ci ildönümü münasibətilə möhtəşəm hərbi parad keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. KXDR dövlət televiziyası səhər erkən saatlarda keçirildiyi güman olan paradın görüntülərini yayımlayıb. Pxenyanın Kim İr Sen meydanında təşkil olunan paradı izləyənlər arasında KXDR lideri Kim Çen In da olub. Paradda xeyli sayda hərbi texnika və hərbçi iştirak edib.
Cənubi Koreya silahlı qüvvələrinin səhər saatlarında yaydığı məlumatda deyilir ki, Şimali Koreya yeni strateji silahlarını, o cümlədən qitələrarası ballistik raketlərini, su altından buraxıla bilən ballistik raketlərini hərbi paradda nümayiş etdirib.
Agentlik bildirir ki, Şimali Koreyada əhəmiyyətli tarixi hadisələrin yubileylərində irimiqyaslı tədbirlərin, o cümlədən hərbi paradların təşkili ənənəsi var. Yeni silahlar da əsasən həmin paradlarda ilk dəfə ictimaiyyətə nümayiş olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]