Koronavirus İrandan Azərbaycan istiqamətində yükdaşımalara ciddi təsir göstərməyəcək
Bakı, 11 mart, Elvin Camalov, AZƏRTAC
Koronavirus İrandan Azərbaycan istiqamətində yükdaşımalara ciddi təsir göstərməyəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “ADY Konteyner” MMC-nin Biznesin inkişafı üzrə direktoru Rəşad Məcidov deyib.
“Regionda yayılma təhlükəsi olan koronavirus logistika sahəsində bir sıra problemlər yaradıb. İrandan gələn yükdaşımalarda azalma nəqliyyat sahəsində deyil, logistika sahəsində qeydə alınıb. Çünki anbarda nəqletməyə məhsul olmursa, bu artıq logistika ilə bağlı problemdir", - deyə o vurğulayıb.
R.Məcidov qeyd edib ki, əsas daşıma istiqaməti olan Çində bəzi müəssisələr və zavodlar istehsalın həcmini aşağı salıblar. Hər il konteynerlə yükdaşımalar ən azı 50 faiz artır. Eyni artım bu il də gözlənilir. Koronavirusun nəqliyyat sahəsinə böyük təsiri olacağı gözlənilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]