Koronavirus pandemiyası ilə bağlı Avropada ümidverici əlamətlər müşahidə olunur
Cenevrə, 27 mart, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının yayılması ilə bağlı Avropada ümidverici əlamətlərin müşahidə olunduğu qənaətindədir.
AZƏRTAC xəbər verir ki, təşkilatın Avropa bürosunun rəhbəri Hans Kluqe mətbuata verdiyi açıqlamada vəziyyətin gərgin olduğu indiki şəraitdə gedişatın yaxşıya doğru dəyişəcəyinə ümid verən bəzi əlamətlərin də olduğunu qeyd edib. Belə ki, hazırda pandemiyanın ən çox tüğyan etdiyi İtaliyada yoluxmanın artım tempinin yavaşlaması müşahidə olunur.
ÜST-ün regional bürosunun rəhbəri bildirib ki, hazırda İtaliyada pandemiyanın pik həddə çatdığını söyləmək tezdir. Mütəxəssislərə görə, bu ölkədə yoluxmaların artım tendensiyasının başa çatmasına ən azı bir həftə vaxt var. Hazırda əsas hədəf infeksiyaya yoluxma tempini mümkün qədər yavaşlatmaqdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [16:33]
Özbəkistanın iki keçmiş kəndi rəsmi olaraq Qırğızıstanın tərkibinə verilib
- 23.06.2026 [16:18]
Antonio Quterreş təmiz enerjiyə keçid planını təqdim edib
- 23.06.2026 [16:06]
Qazaxıstanda restoranda 113 nəfər zəhərlənib, araşdırma aparılır
- 23.06.2026 [16:01]
Avropa İttifaqı növbəti on ildə müdafiəyə 7 trilyon avro xərcləyəcək
- 23.06.2026 [15:34]
Lavrov: Rusiya Ukrayna nizamlanmasına dair danışıqları bərpa etməyə hazırdır
- 23.06.2026 [15:27]
İran Prezidenti Pakistanda danışıqlar aparacaq
Portuqaliyalı futbolçu “Zirə”də
- [17:30]
İmişlidə bir neçə obyekt yanıb
- [15:43]
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]