Koronavirusla əlaqədar Türkiyədə təhsilə fasilə verilməsi məsələsi müzakirə olunacaq
İstanbul, 11 mart, AZƏRTAC
Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk ölkədə ilk koronavirusa (COVİD-19) yoluxma hadisəsi ilə əlaqədar bütün təhsil müəssisələrində təhsilə fasilə verilib-verilməyəcəyi ilə bağlı ortaq açıqlama olacağını bildirib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi şuranın koronavirusla bağlı bugünkü iclasında Səhiyyə naziri Fahrettin Koca, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy və Ticarət naziri Ruhsar Pekcanla yanaşı, Milli Təhsil naziri Ziya Selçukun da iştirakı gözlənilir.
İclasdan sonra mediaya açıqlama veriləcək.
Qeyd edək ki, İstanbulun iki özəl universitetində artıq tətil elan olunub. Bu universitetlərdən birində təhsil müvəqqəti olaraq onlayn sistemlə aparılacaq.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]