Kremldə Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında görüş keçirilib
Moskva, 6 avqust, AZƏRTAC
Kremldə Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş başa çatıb.
AZƏRTAC xəbər verir ki, söhbət üç saata yaxın davam edib. S.Uitkoff çərşənbə günü səhər saatlarında Moskvaya gəlib. Onu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Qeyd edək ki, bu, Uitkoffun cari ilin əvvəlindən bəri Rusiyaya 5-ci səfəridir. Bundan əvvəlki səfər aprelin 25-də baş tutub. Daha sonra o, Putin tərəfindən də qəbul edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]