Kuba ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib
Bakı, 28 noyabr, AZƏRTAC
Kuba Bakıda keçirilən Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AİTF) iştirak etməkdə hər zaman maraqlıdır. Bu sözləri Kubanın ölkəmizdəki səfiri Alfredo Nieves Portuondo Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüş zamanı söyləyib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Fuad Nağıyev gələn ilin mayında Havanada turizmlə bağlı keçiriləcək tədbirə dəvət alıb.
Görüşdə iki ölkə arasında dost münasibətlərin vacibliyi vurğulanıb, turizm sahəsində əməkdaşlığın perspektivlərindən bəhs edilib. Həmçinin turizm sahəsində görüləcək işlər və əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]