Külli miqdarda pul vəsaiti mənimsənilməsi faktlarına dair istintaqı aparılan cinayət işi yekunlaşıb
Bakı, 17 iyul, AZƏRTAC
“Facade” MMC, “Zəhmət-Ruzi” MMC və “Dübrar” su zavodunun mühasibi işləmiş Xəyal Rəşidov, həmin zavodun keçmiş icraçı direktoru Şamil Ağacanovun qanunsuz əməlləri barədə Abşeron Rayon Prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə AZƏRTAC-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqla Xəyal Rəşidovla Şamil Ağacanovun qabaqcadan əlbir olub “Facade” MMC-yə məxsus 106 min 746 manat, “Zəhmət-Ruzi” MMC-yə məxsus 81 min 191 manat və “Dübrar” su zavoduna məxsus 161 min 534 manat olmaqla, ümumilikdə 349 min 471 min məbləğdə pul vəsaitini “Online Banking” (İnternet Bankçılıq) sisteminə müdaxilə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.
İş üzrə toplanan sübutlar əsasında Xəyal Rəşidov və Şamil Ağacanova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:20]
Sumqayıtda vətəndaşlara sosial təminat hüquqları barədə məlumat verilib
- 16.06.2026 [16:12]
Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib
- 16.06.2026 [16:09]
Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb
- 16.06.2026 [16:03]
Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib
- 16.06.2026 [15:53]
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 16.06.2026 [15:44]