Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb
Bakı, 28 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 90 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, avqustun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 79 kubmetr olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 102 kubmetr olmaqla ongünlük normanın 84 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 10,5 kubmetr olmaqla ongünlük normanın 15 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 27 kubmetr təşkil edərək ongünlük normanın 39 faizinə bərabər olub.
Avqustun 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 3, Bankədə 4, Araz çayının Novruzlu məntəqələrində 1 santimetr azalma, Surra məntəqəsində isə suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 354 (2016-cı il avqustun 28-də 365 sm), Salyanda 143 (2016-cı il avqustun 28-də 144 sm), Bankədə 179 (2016-cı il avqustun 28-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 54 santimetr (2016-cı il avqustun 28-də 70 sm) təşkil edir.