Kür çayının Qazax rayonundan keçən hissəsində sahilbərkitmə işləri görülür
Qazax, 5 mart, Famil Quliyev, AZƏRTAC
Yarana biləcək təhlükənin qarşısını almaq üçün Kür çayının Qazax rayondan keçən hissəsində sahilbərkitmə işlərinin aparılmasına başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi tərəfindən Qazaxın Birinci Şıxlı kəndində sahilbərkitmə işləri aparılır. Bu məqsədlə Kürün kənddən keçən hissəsində 35 metr uzunluğunda, 5 metr enində bənd salınacaq.
Sahilbərkitmə işlərinin həyata keçirilməsi üçün kifayət qədər texnika ayrılıb.