Kür və Araz çaylarında keçirilən monitorinqin nəticələri açıqlanmışdır
Bakı, 4 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə aprelin üçüncü ongünlüyü üçün növbəti monitorinq keçirmişdir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Kür çayında su sərfi aprelin ikinci ongünlüyünə nisbətən artaraq saniyədə 837 kubmetr təşkil etmişdir. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət və sənaye tullantılarının təsiri nəticəsində çayda biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur.
Kürün Şıxlı-2, Ağstafaçay, eləcə də Araz çayının Horadiz, Birinci Şahsevən, Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri yol verilən qatılıq həddini keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]