Kür və Araz çaylarında suyun səviyyəsi ötən illə müqayisədə yüksəkdir
Bakı, 3 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda mövcud vəziyyəti araşdırmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 115-175, Böyük Qafqazda 100-190, Kiçik Qafqazda 125-135, Naxçıvan MR çaylarında isə 90-95 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 160 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 105 kubmetrdir.
Araşdırmaya görə, Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 561, Şirvanda 455, Salyanda 470, Bankədə 312, Araz çayının Novruzlu məntəqəsində isə 310 santimetr olmuşdur. Bu isə bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək olduğunu göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]