KURSK YEPARXİYASININ KEŞİŞLƏRİNDƏN BİRİ İSLAMI QƏBUL ETMİŞDİR
Bəyanat müəllifləri vurğulamışlar ki, pravoslav dininin və mənəviyyatının bütün dərinliyini öz təşəxxüslü ağlı ilə nə ölçüb-biçmək, nə də anlamaq V.Soxinə müyəssər olmamış və o qərara gəlmişdir ki, həqiqəti başqa yerdə axtarmaqla daha uğurlu seçim edəcəkdir.
Şura Pravoslav Kilsəsi qanunlarına əsasən, tövbə edənədək V.Soxini dini vəzifəsindən və kilsə ilə ünsiyyətdən məhrum etmək qərarına gəlmişdir.
V.Soxin bundan əvvəl Kursk yeparxiyası sədrinin adına müraciət göndərmişdir. Müraciətdə deyilir: “Şəxsi axtarışlarım nəticəsində və şüurlu qərarımla İslam dinini qəbul etmişəm və bununla əlaqədar məni Pravoslav Kilsəsinin, yaxud hər hansı digər xristian kilsəsinin üzvü saymamağı xahiş edirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]