KXDR liderinin Vyetnama səfəri başa çatıb
Bakı, 2 mart, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın Vyetnama səfəri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Kim Çen In martın 2-də səhər saatlarında Hanoyda Milli Qəhrəman və Şəhid Monumentini, Vyetnamın sabiq Prezidenti Ho Şi Minin mavzoleyini ziyarət etdikdən sonra avtomobil karvanı ilə Donq Danq şəhərindəki dəmir yolu vağzalına yola düşüb. KXDR liderini aparan zirehli qatar Vyetnamın Çin ilə sərhədində yerləşən Donq Danq stansiyasını yerli vaxtla 12:40-da tərk edib. Güman olunur ki, Kim Çen In ölkəsinə qayıdarkən yolüstü Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşəcək.
KXDR lideri Vyetnama qatarla Çin ərazisindən keçməklə təxminən 66 saatlıq səyahətdən sonra çatmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]