SİYASƏT
Laçın-Xankəndi yolu: Sülhməramlıların dörd avtomobilinin keçidinə şərait yaradılıb
Şuşa, 25 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına aid avtomobillərin Laçın-Xankəndi yolunda dinc xarakter daşıyan aksiya ərazisindən keçidinə növbəti dəfə şərait yaradılıb.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlıların üç yük, bir minik avtomobili aksiya ərazisindən sərbəst keçərək Xankəndiyə gedib.
Ekoaksiyanın 76-cı günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.