Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçın yolundan Zəngəzur dəhlizinə: Azərbaycan qüdrətinin həqiqətləri

Laçın yolundan Zəngəzur dəhlizinə: Azərbaycan qüdrətinin həqiqətləri

Bakı, 28 iyul, AZƏRTAC

Dünyaya Azərbaycan həqiqətlərini təsdiqlədən Zəfər savaşı həm də “Qarabağ Azərbaycandır!” şüarını bunun əksini iddia edən erməni liderinə qəbul etdirdi. Vətən savaşından əvvəl Cıdır düzündə kef məclisi qurub sərsəm iddialarda olan Paşinyan ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın da ölkəmizin ayrılmaz hissəsi olduğunu bəyan etdi. İndi erməni baş nazirin daha bir sözünü geri götürmək zamanıdır. Söhbət “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən və Zəngəzur dəhlizindən gedir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli söyləyib.

F.İbrahimli bildirib: “Əvvəla onu qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılması tarixi hadisə olaraq Zəfər savaşımızdan sonra ikinci böyük uğurumuz sayıla bilər. Bununla Vətən müharibəsindəki Qələbəmizə həm də rəsmi möhür vurulmuş oldu. Çünki Laçın yolu ermənilərin istədiyi kimi istifadə etdiyi marşruta çevrilmişdi və bu yolla Ermənistandan silah-sursat, hərbi texnika, minalar və canlı qüvvə daşınır, istənilən şəxs rahat şəkildə Azərbaycan ərazisinə girib-çıxa bilirdi. Daşınan minaların Azərbaycan Ordusunun hərəkət marşrutlarında basdırılması nəticəsində onlarla hərbçimiz şəhid olub. Sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını maksimum şəkildə məhdudlaşdırmış oldu. Bu addım Azərbaycan dövlətinin qətiyyətini və Prezident İlham Əliyevin “nəyi nə zaman etmək lazım olduğunu mən yaxşı bilirəm” sözlərini bir daha təsdiqləmiş oldu”.

Ötən müddət ərzində keçid məntəqəsində ermənilərin yoxlanılaraq normal gediş-gəlişinə şəraitin yaradıldığını, eyni zamanda, Azərbaycanın Qarabağda yaşayan ermənilərə humanitar yardım üçün Ağdam-Xankəndi yolunu təklif etdiyini vurğulayan Milli Məclis sədrinin müavini diqqətə çatdırıb: “Amma “humanitar böhran”dan dəm vuran ermənilər bu təklifi rədd ediblər. Əvəzində isə hər vəchlə çalışırlar ki, Laçın dəhlizində hansısa təxribata yol açsınlar. Ölkəmiz ilə razılaşdırmadan suveren ərazimizə “humanitar yük” adı altında avtomobil karvanı göndərən Ermənistan, sözün həqiqi mənasında, təxribat şousu yaradır. Bu prosesdə təəssüf doğuran məqamlardan biri də avropalı diplomatların bu təxribat planının iştirakçısına çevrilmələridir. Belə ki, “humanitar karvan” yola salınmazdan əvvəl Ermənistandakı bəzi diplomatik nümayəndələr Ermənistan XİN-ə dəvət olunub, “zəruri planlama” aparılıb. Ardınca isə Qərbin siyasi missionerləri “humanitar karvan”dan qabaq “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaxınlığında peyda oldu. Bu diplomatlar unudurlar ki, Azərbaycan tərəfinin addımları beynəlxalq hüququn normaları ilə müəyyənləşib: hər dövlətin sərhədi və sərhəd-keçid məntəqələri olduğu kimi, Azərbaycanın da qonşu dövlətlərlə sərhəd-keçid məntəqələri yaratması və burada öz suveren hüquqlarını qoruması təbiidir. Məqsəd həqiqətən də humanitar yüklər və keçidlər üçün istifadədirsə, heç bir problem yoxdur, Azərbaycan dövləti bunun üçün alternativ marşrut təklif edib”.

F.İbrahimli qeyd edib ki, ermənilərin havadarları Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda öz iddialarından əl çəkməlidirlər. “Rəsmi Bakı dəfələrlə bəyan edib ki, rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilər üçün yüklərin daşınması məqsədilə Ağdam-Xankəndi marşrutundan istifadə oluna bilər. Bakının təklif etdiyi marşrutu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də təqdir və qəbul edib. Belə çıxır ki, indi "narahat" olan, ermənilərin şousuna qatılan Aİ nümayəndələri Ş.Mişelin mövqeyini heçə sayırlar?! Son təxribat bölgədə sülhün bərqərar olunmasına yox, yeni hərbi əməliyyatlara təkan verilməsinə yönəlib. İndi narahat olduqlarını deyən və Azərbaycana təzyiq göstərməyə çalışan avropalı siyasətçilər faktiki olaraq erməni separatizmini, revanşizmini və aqressiv radikalizmini dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir, ən başlıcası isə mövqelərimizdən zərrə qədər geri çəkilməyəcəyimizi anlamırlar. Onlar hesab edirlər ki, Azərbaycana bu təzyiqi etməklə ölkəmizin öz suveren hüquqlarından imtina etməsinə nail olacaqlar. Amma unudurlar ki, Qarabağ Azərbaycan ərazisidir. Dünyada elə ölkə yoxdur ki, kimsə onun sərhədlərini “humanitar yardım” adı ilə istənilən vaxt və istənilən şəkildə pozaraq oraya qeyri-qanuni şəkildə daxil olsun. Bu təxribat şousu da iflasa uğrayacaq. Ermənilər heç bir nəticə əldə edə bilməyəcəklər. Əksinə, İrəvan və onun himayədarları Azərbaycanın qüdrəti qarşısında bir daha əyiləcəklər. İndi təxribat şousu ilə nə qədər çabalasalar da, fitnə-fəsadlar törətsələr də, əngəl olmağa çalışdıqları Zəngəzur dəhlizi mütləq açılacaq. Bu təxribat Azərbaycanın qarşısını ala bilməyəcək və gün keçdikcə Zəngəzur dəhlizi aktuallıq çəkisini artırdıqca, rəsmi Bakı lazım olan bütün addımları atacaq. Nəyi nə vaxt etməyi dəqiq bildiyimizi düşmənə dəfələrlə sübut etmişik!”, - deyə F.İbrahimli vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq