Latviya Ottava Konvensiyasından çıxıb
Bakı, 24 aprel, AZƏRTAC
Latviya Prezidenti Edqar Rinkeviç respublikanın idarə olunmayan piyada əleyhinə minaların istifadəsi, ehtiyatının yığılması, istehsalının qadağan olunması və onların məhv edilməsi haqqında 1997-ci il 18 sentyabr Ottava Konvensiyasından çıxması barədə qanunu imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənədin mətni rəsmi dövlət informasiya bülletenində dərc olunub.
Qanuna verilən izahatda deyilir: “Latviyanın konvensiyaya qoşulmasından bəri ötən 20 il ərzində regional təhlükəsizlik sahəsində vəziyyət xeyli dəyişib... Regional təhlükəsizlik vəziyyətinin dinamikası nəzərə alınaraq, Latviya üçün fəaliyyətinin çevikliyini və çəkindirmə qabiliyyətini artırmaq və ölkənin müdafiəsini təmin etmək üçün müxtəlif silah sistemlərindən istifadə son dərəcə vacibdir. İdarə olunmayan piyada əleyhinə minaların digər mina və silah sistemləri ilə birlikdə alternativ qərarlarla əvəzlənməsi mümkün olmayan müdafiə qabiliyyətini artırır”.
Qeyd edək ki, martın 18-də Litva piyada əleyhinə minalar haqqında konvensiyadan çıxmaq barədə qərarını elan edib. Bu qərara Polşa, Latviya, Estoniya və Finlandiya da qoşulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]