Azərbaycan Dövlət İnformasiya Agentliyi

LATVİYA PREZİDENTİ VALDİS ZATLERSİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
ALİ QONAĞIN ŞƏRƏFİNƏ

LATVİYA PREZİDENTİ VALDİS ZATLERSİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ ALİ QONAĞIN ŞƏRƏFİNƏ

Bakı, 11 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, avqustun 10-da “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Latviya Respublikasının Prezidenti Valdis Zatlersin və xanımı Lilita Zatlerenin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir. Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli xanım Lilita Zatlere!

Xanımlar və cənablar!

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və “Xoş gəlmisiniz!” deyirəm.

Bu gün Latviya ilə Azərbaycan arasında münasibətlərin yeni səhifəsi açılır, səmərəli siyasi dialoq aparılır. Mən Sizin Azərbaycana rəsmi səfərinizi yüksək qiymətləndirir, bu səfərin ölkələrimiz arasında münasibətlərin yeni mərhələsinə zəmin yaradacağına inanıram. Şübhə etmirəm ki, keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi, habelə imzalanmış sənədlər və iki ölkənin iş adamlarının sabah təşkil olunacaq biznes forumu qarşılıqlı fəaliyyət üçün yeni sahələri müəyyən edəcək, əlaqələrimizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.

Mən Latviya ilə Azərbaycan arasında münasibətlərin inkişaf edərək genişlənməsinin tərəfdarıyam. Düşünürəm ki, ölkələrimiz arasında ticarət-iqtisadi, sənaye və energetika, mədəniyyət və turizm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə yaxşı əməkdaşlıq imkanları vardır. Bu əməkdaşlığı həyata keçirmək üçün ölkələrimizdə səfirliklər açılmış, Azərbaycan-Latviya hökumətlərarası komissiyası yaradılmış, müqavilə-hüquq bazasını təmin edən sənədlər imzalanmışdır.

Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın indiki göstəriciləri təəssüf olsun ki, ölkələrimizin potensialına cavab vermir. İki ölkə arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun həcmi daha da genişlənməlidir. Əminəm ki, biz birgə səylərimizlə iqtisadi əməkdaşlığın səmərəsini artırmağa nail olacağıq. Bu, indi - qlobal iqtisadi böhran şəraitində xüsusilə aktualdır.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının yayılmasına və müasir dövrün digər təhdid və təhlükələrinə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti proqramı və NATO-nun Fərdi tərəfdaşlığın Fəaliyyət planı çərçivəsində əlaqələrimizdən razıyam. GUAM və Baltik dənizi Dövlətləri Şurası formatında əlaqələrimiz Xəzər, Qara dəniz, Baltik hövzəsi regionunda inteqrasiya proseslərini sürətləndirmək baxımından əhəmiyyətlidir. Avropa İttifaqının Şərq tərəfdaşlığı təşəbbüsü əməkdaşlığımız üçün yeni imkanlar açır və mən inanıram ki, ölkələrimiz həmin imkanlardan yetərincə istifadə edəcəklər.

Azərbaycan son illər ərzində sürətli inkişaf yolu keçmişdir. Ötən beş ildə ölkəmizin iqtisadiyyatı 2,6 dəfə artmışdır, eyni zamanda irimiqyaslı beynəlxalq layihələrin həyata keçməsi nəticəsində Böyük İpək yolunun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində səylərimiz artıq öz bəhrəsini verməkdədir.

Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin təmin edilməsində və beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Lakin artıq 20 ildir ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Ermənistan Azərbaycanın ərazisinin 20 fazini işğal etmiş və etnik təmizləmə siyasəti aparmışdır. Nəticədə ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident, icazə verin, Azərbaycana rəsmi səfərinizə böyük əhəmiyyət verdiyimi bir daha ifadə edim və bu badəni Sizin sağlığınıza, xanımınızın sağlığına, Latviya ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafının şərəfinə qaldırım.

X X X

 Latviya Prezidenti Valdis ZATLERS təşəkkür edərək dedi:

- Çox hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım Əliyeva!

Zati-aliləri!

Xanımlar və cənablar!

Cənab Prezident, mən Sizin, eləcə də Sizin ölkənizin qonağı olmaqdan böyük sevinc və şərəf duyuram! İcazə verin, öz adımdan, eləcə də xanımım adından Bakıda - mədəniyyət və elm sahəsində uğurların əldə olunmasına ilham verən əsrarəngiz bir şəhərdə səmimi qəbula görə Sizə dərin təşəkkürümü bildirim.

XIX əsrin sonu-XX əsrin əvvəllərindəki milli dirçəliş, mətin mübarizə, müstəqilliyimizin və dövlətçiliyimizin itirilməsi və yenidən qazanılması kimi kəşməkəşli ümumi tarixi inkişaf yolumuz Latviya və Azərbaycanı bir-birinə sıx şəkildə bağlayır. Bildirmək istərdim ki, bir çox görkəmli latış mədəniyyət və incəsənət xadimlərinin həyatı məhz Azərbaycanla bağlıdır. Yazıçı Ernest Birzniek-Upit uzun müddət burada yaşamışdır. Yazıçılar Pavils Rozitis, Sudrabu-Ecus, Yanis Vainovskis və Auqusts Bertse burada yaşayıb yaratmışlar. Rəssam Yazeps Qrosvalds öz yaradıcılığında Şərq motivlərinə üstünlük vermişdir. Bundan əlavə, Azərbaycan Opera və Balet Teatrında böyük latış bəstəkarı Yazeps Medinş dirijorluq etmişdir.

Latviya Prezidenti Valdis Zatlers onu da dedi ki, son on beş il Latviya-Azərbaycan münasibətlərində mühüm mərhələ olmuşdur. Bu müddətdə Latviya-Azərbaycan dostluq əlaqələri inkişaf etmişdir. Son illərdə fəal siyasi dialoqlar nəzərəçarpacaq dərəcədə böyümüşdür. Hər iki ölkənin məsul şəxslərinin, mütəxəssislərinin görüşləri və məsləhətləşmələri keçirilmiş, dövlətlərarası müqavilə-hüquq bazası inkişaf etdirilmiş, ticari-iqtisadi balans daha da təkmilləşdirilmişdir.

Latviya Prezidenti bildirdi:

- Biz əldə olunan nailiyyətlərlə kifayətlənmək niyyətində deyilik. Turizm, gənclər və idman sahəsində, eləcə də patent üzrə informasiya və sənədləşmə mübadiləsi buna misaldır.

İqtisadiyyat sahəsində də bir çox işlər görülmüşdür. Ondan çox Latviya-Azərbaycan müştərək müəssisəsi yaradılmışdır ki, bunlar da ölkələrimizə mənfəət və keyfiyyətli məhsullar gətirir. Hər iki ölkənin səfirliklərinin uğurlu fəaliyyəti, eyni zamanda Riqa ilə Bakı arasında birbaşa hava yolunun açılması işgüzar münasibətlərin əhəmiyyətli dərəcədə inkişafına təkan verir. Hazırkı səfər zamanı sahibkarlardan ibarət böyük nümayəndə heyətinin Bakıya gəlişi qlobal maliyyə böhranının mövcud olduğu bir dövrdə Latviya və Azərbaycanın iqtisadi potensialının inkişafında ciddi maraqların olduğunu sübut edir.

Latviya Prezidenti onu da qeyd etdi ki, beynəlxalq təşkilatlardakı sıx əməkdaşlıq, sülhün və stabilliyin qorunmasında göstərilən səylər dünyanın siyasi səhnəsində hər iki dövlətə eyni mövqedən çıxış etmək imkanı verir.

Bundan əlavə, Azərbaycanın təbii sərvətlərinin zənginliyi, bazar potensialının, Latviyanın Avropa İttifaqı ilə birgə bazarının mövcudluğu ikitərəfli əlaqələrin səmərəli inkişafına yol açır.

Valdis Zatlers bir daha əmin olduğunu bildirdi ki, dövlətlərimizin imkanları heç zaman tükənməyəcəkdir və bu səfər uzunmüddətli, sabit və inkişafda olan münasibətlərin təminatı olacaqdır.

Azərbaycan xalqına bolluq, firavanlıq və müvəffəqiyyətlər arzulayan Latviya Prezidenti dedi:

- Cənab Prezident, şəxsən Sizə cansağlığı və uğurlar arzu edirəm!

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub