LATVİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VALDİS ZATLERSƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Latviya arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün özünün yeni dövrünü yaşayır. Ümidvaram ki, çoxşaxəli əlaqələrimizin, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı prosesləri bundan sonra da sabit və davamlı xarakter daşıyacaqdır.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 noyabr 2007-ci il.