MƏDƏNİYYƏT
Latviyada məşhur festivalda ilk dəfə Azərbaycan milli rəqsləri nümayiş olunub
![](/files/galleryphoto/2023/2/1200x630/16887710301365733226_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16887710304851556962_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1688771030497012359_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16887710304366733824_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1688771030875141247_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1688771030226378233_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1688771030438220095_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16887710301201731281_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16887710305421762432_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
İyunun 30-dan iyulun 9-dək Latviyanın paytaxtı Riqa şəhərində XXVII Ümummilli Latviya Mahnı və XVII Rəqs Festivalı keçirilir. 1873-cü ildən etibarən Latviyada hər beş ildən bir keçirilən və bu il 150-ci ildönümü qeyd edilən festivalda Latviyanın 43 bölgəsindən 40 min insanın iştirakı ilə 60-dan çox tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, festival tarixində ilk dəfə Latviyada fəaliyyət göstərən və Ancela Cəfərovanın rəhbərlik etdiyi “Buta” Azərbaycan rəqs qrupu iştirak edir.
İyulun 2-də festival iştirakçılarının Riqa şəhərində təntənəli paradı keçirilib. “Buta” Azərbaycan rəqs qrupu Azərbaycan milli geyimində paradda uğurla təmsil olunub və bu, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
İyulun 6-da “Buta” rəqs qrupunun Riqada, Vermanes bağında festival çərçivəsində keçirilən Xalqlar günü konsertində "Yaradıcılığın gücü" adı ilə çıxışı olub. “Buta” rəqs qrupunun üzvləri Azərbaycan və Latviyanın dövlət bayraqları ilə səhnəyə çıxaraq “Uzundərə”, “Sarı gəlin”, “Qaval” və “Kəlağayı” rəqslərini Azərbaycan milli geyimlərində məharətlə təqdim ediblər. Festivalda ilk dəfə təqdim olunan Azərbaycan milli rəqsləri çoxsaylı tamaşaçılar tərəfindən böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.
Qeyd edək ki, festival 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri elan olunub və Latviyanın ölkə səviyyəsində geniş şəkildə qeyd olunan ən məşhur ənənəvi bayramı sayılır.