Le Figaro: TotalEnergies Azərbaycanda qaz-kondensatının hasilatına başlayır
Paris, 11 iyul, AZƏRTAC
Fransanın TotalEnergies neft-qaz nəhəngi Azərbaycanın SOCAR şirkəti ilə birgə işlədiyi “Abşeron” yatağında qaz hasilatına başladığını elan edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı “Le Figaro” qəzetində TotalEnergies şirkətinin məlumatına istinadla məqalə dərc olunub.
Məqalədə bildirilir ki, qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsində gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil ediləcək. Vurğulanır ki, 2016-cı ildə SOCAR və “TotalEnergies” arasında saziş imzalanarkən yatağın gücü kondensatın əhəmiyyətli hissəsi də daxil olmaqla, sutkada təxminən 35 min barel neft ekvivalentində qiymətləndirilirdi. Şirkətlərin hər biri layihədə 50 faiz paya malikdir.
Fransa kompaniyasının kəşfiyyat-hasilat üzrə baş meneceri Nikolas Terraz bildirib ki, bu layihə şirkətin qaza artan tələbatı ödəmək strategiyasının bir hissəsidir və SOCAR ilə tərəfdaşlığı daha da gücləndirir.
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]