LƏNKƏRAN RAYONUNDA İNFORMASİYA MƏRKƏZİ AÇILDI
Regional İnformasiya Mərkəzinin yaradılmasından əsas məqsəd bölgədə əhalinin informasiya texnologiyalarından istifadə edilməsinə imkan yaratmaq, İKT sahəsində kadr potensialını artırmaq, həyatımızın müxtəlif sahələrində İKT –nin tətbiqini gücləndirməkdir. İnformasiya mərkəzinin yaradılması nəticəsində cənub bölgəsinin əhalisi İnternetə azad çıxış əldə edə biləcək, qlobal şəbəkədə yerləşən müxtəlif çeşidli informasiya resurslarından istifadə edəcəkdir. Bu məqsədlə mərkəzdə xüsusi təlim kursları keçiriləcəkdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Zeynal Nəğdəliyev, BMT-nin İnkişaf Proqramının baş müşaviri Sultan Hacıyev, “İKTMS” layihəsinin milli eksperti Fərman Abdullayev mərkəzin açılış mərasimində çıxış edərək, onun bölgə əhalisinin informasiya resurslarından istifadə etməsində əhəmiyyətindən danışmış, bu gözəl və dəyərli töhfəyə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirmişlər.