ELM VƏ TƏHSİL
LERİK QƏSƏBƏSİNDƏ “YAPON” MƏKTƏBİNİN BİNASI İSTİFADƏYƏ VERİLDİ
Yeni məktəb binasının istifadəyə verilməsi ilə əlaqədar toplantı keçirildi. Toplantı başlanmazdan əvvəl zəmanəmizin böyük dövlət və siyasi xadimi, ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqə sükutla yad edildi.
Qarabağ döyüşlərində şəhid olmuş məktəbin məzunu Malik Bağırovun adını daşıyan Lerik qəsəbə məktəbinin direktoru Araz Qurbanov, Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara, Milli Məclisin deputatı Miri Qənbərov, Respublika təhsil nazirinin müavini İsgəndər İsgəndərov, “Qadın dünyası” ictimai birliyinin prezidenti Kifayət Niftəliyeva, Lerik rayon icra hakimiyyətinin başçısı Füzuli Hacıyev yeni məktəbin açılışı mərasimində çıxış edərək, bu təhsil ocağının müəllim və şagirdlərinə uğurlar arzuladılar.
Sonra qonaqlar yeni məktəbin sinif otaqları ilə tanış oldular.