ELM VƏ TƏHSİL
LERİK QƏSƏBƏSİNDƏ “YAPONİYA” MƏKTƏBİNİN BİNASI İSTİFADƏYƏ VERİLDİ
Yeni məktəb binasının istifadəyə verilməsi ilə əlaqədar mərasim keçirilmişdir. Əvvəlcə mərasim iştirakçıları zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, ümummilli liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Qarabağ döyüşlərində şəhid olmuş Malik Bağırovun adını daşıyan Lerik qəsəbə məktəbinin direktoru Araz Qurbanov, Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara, Milli Məclisin deputatı Miri Qənbərov, təhsil nazirinin müavini İsgəndər İsgəndərov, “Qadın dünyası” ictimai birliyinin prezidenti Kifayət Niftəliyeva, Lerik rayon icra hakimiyyətinin başçısı Füzuli Hacıyev mərasimdə çıxış edərək, bu təhsil ocağının müəllim və şagirdlərinə uğurlar arzuladılar.
Sonra qonaqlar yeni məktəbin sinif otaqları ilə tanış olmuşlar.